Naxçıvanda qaz və işıqpulu borcu qeydə alınmayıb

   Naxçıvanda qaz və işıqpulu borcu qeydə alınmayıb
  06 Noyabr 2019    Oxunub:2048
Naxçıvan Muxtar Respublikası üzrə 2019-cu ilin oktyabr ayında verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.
Azvision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 100% və daha artıq nəticə ilə yerinə yetirilib.

Statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin qaz pulu borcu qeydə alınmayıb.



Həmçinin Dövlət Energetika Xidməti üzrə 2019-cu ilin oktyabr ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi məlum olub. Belə ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.

Qeyd olunub ki, oktyabr ayında texniki itki nəzərə alınmaqla daxil olan 31 milyon 212 min kilovat-saat elektrik enerjisinin dəyəri 2 milyon 626 min 200 manat olub, cəmi 2 milyon 626 min 100 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerji dəyərinin 100,0 faizini təşkil edir.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: Təbiiqaz   Energetika   Naxçıvan  





Xəbər lenti