Vilayət Eyvazov Sumqayıtda qəbul keçirəcək

Vilayət Eyvazov Sumqayıtda qəbul keçirəcək
  06 Noyabr 2019    Oxunub:2840
Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən 2019-cu il noyabr ayının 30-da Sumqayıt Şəhər Polis İdarəsində Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinlərinin qəbulunun keçirilməsi nəzərdə tutulub.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti