Palata sədri: “Dövlət büdcəsində xərclərin həcmi artacaq”

    Palata sədri: “Dövlət büdcəsində xərclərin həcmi artacaq”
  06 Noyabr 2019    Oxunub:1805
2020-ci ilin dövlət büdcəsində dövlət borcunun yuxarı hədlərinin azaldılması nəzərdə tutulur.
Azvision.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə 2020-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Palata sədri bildirib ki, növbəti ilin dövlət büdcəsində sosialyönümlü xərclər ən böyük həcmə malikdir: "2020-ci ilin dövlət büdcəsində xərclərin həcmi 2019-cu ildəkinə nisbətən artacaq. Bu isə dövlətin sosialyönümlü xərclərinin artması ilə bağlıdır".

Azvision.az


Teqlər: HesablamaPalatası   Sədr   VüqarGülməmmədov  





Xəbər lenti