Bağdadinin arvadı da tutulub - Ərdoğan təsdiqlədi

 Bağdadinin arvadı da tutulub -  Ərdoğan təsdiqlədi
  06 Noyabr 2019    Oxunub:3147
Türkiyə təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşmasının məhv edilmiş lideri Əbu Bəkr əl-Bağdadinin həyat yoldaşını tutub.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara Universitetinin İlahiyyat fakültəsinin 70 illik yubiley mərasimində çıxışı zamanı bildirib.
"Əl-Bağdadi tuneldə intihar etdi. Biz onun həyat yoldaşını Suriyada tutduq. Ancaq səs-küy etmədik. İlk dəfə bu barədə məlumat verirəm. Onun bacısını da, ərini də tutduq”, - Ərdoğan deyib.

Türkiyə Prezidenti əlavə edib ki, terrorçu gözünü qırpmadan günahsız insanların qanını tökən şəxdir. Bu baxımdan müsəlmandan terrorçu olmaz: “Utanmadan, çəkinmədən “İslam terroru” ifadəsini işlədən Qərbin əvvəlcə aynaya baxması lazımdır. Əgər terrorçu axtarırsınızsa, onlar sizdədirlər”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan   Bağdadi  





Xəbər lenti