DGK-da ABŞ nümayəndə heyəti ilə görüş

DGK-da ABŞ nümayəndə heyəti ilə görüş
  06 Noyabr 2019    Oxunub:2342
Dövlət Gömrük Komitəsində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Narkotiklərlə Mübarizə Administrasiyasının nümayəndə heyəti ilə görüş keçirilib.
Komitədən Azvision.az -a verilən məlumata görə, görüşdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev ABŞ ilə Azərbaycan arasında bütün sahələrdə səmərəli və işgüzar əlaqələrin qurulduğunu, qarşılıqlı faydalı əməkdaşlığın gömrük sahəsində də uğurla davam etdirildiyini bildirib.

Prezident İlham Əliyev tərəfindən gömrük sistemində aparılan innovativ islahatlardan bəhs edən Komitə sədrinin müavini, tətbiq edilən yeniliklərin gömrüyün hüquqpozmalara qarşı mübarizə sahəsində də uğurlu nəticələr əldə etməsinə şərait yaratdığını vurğulayıb və bu sahədə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.



ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının Xüsusi mühüm işlər üzrə əməliyyat müvəkkili Cerrod Samner iki ölkə arasındakı münasibətlərdən, eyni zamanda gömrük sahəsindəki əməkdaşlıqdan məmnunlqla bəhs edib. Cerrod Samner xüsusilə, cari ilin aprel ayında Bakıda Dövlət Gömrük Komitəsi və ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının təşkilatçılığı ilə Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın yüksək səviyyədə keçirildiyini, bu beynəlxalq konfransda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə dünya dövlətlərinin birgə əməkdaşlığının perspektivləri barədə səmərəli müzakirələrin aparıldığını bildirib.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az



Teqlər: DGK  





Xəbər lenti