Mehriban Əliyeva neftçiləri təbrik edib

 Mehriban Əliyeva neftçiləri təbrik edib
  07 Noyabr 2019    Oxunub:3107
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində neftçiləri təbrik edib.
Azvision.az -ın məlumatına görə, Birinci vitse-prezidentin paylaşımında deyilir:

"Bu gün əfsanəvi "Neft Daşları"nın 70 illiyi qeyd olunur. 1949-cu ilin məhz bu günündə neftçilərimiz dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdə neft hasil edərək, nəinki ölkəmizin, eləcə də bütün dünyanın neft salnaməsinə parlaq səhifələr yazmışlar. Bu əlamətdar hadisənin yubileyi münasibətilə bütün Azərbaycan neftçilərini təbrik edir, hər birinizə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!".

Azvision.az


Teqlər: Mehriban-Əliyeva   Təbrik  





Xəbər lenti