Parlamentdə büdcə müzakirələrinin üçüncü günü

Parlamentdə büdcə müzakirələrinin üçüncü günü
  07 Noyabr 2019    Oxunub:1381
Milli Məclisdə 2020-ci ilin büdcə zərfinin müzakirələri davam edir.
Azvision.az xəbər verir ki, gələn ilin büdcəsi parlamentin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu , Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman komitələrinin birgə iclasında müzakirə olunur.

İclasda Maliyyə naziri Samir Şərifov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova və digər hökumət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 913,7 milyon manat proqnozlaşdırılır.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: MilliMəclis   Büdcə   Komitə  





Xəbər lenti