Şəhid ailələri və əlillərə yeni mənzillər verilib

   Şəhid ailələri və əlillərə yeni mənzillər verilib
  07 Noyabr 2019    Oxunub:1804
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Saray qəsəbəsindəki yeni yaşayış binalarından alınmış daha 40 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib.
Azvision.az xəbər verir ki, yeni mənzillə təmin edilən vətəndaşlar Prezidentİlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunmalarından, şəhid ailələrinin, əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılması sahəsində aparılan işlərdən, pensiya, müavinət və təqaüdlərinin mütəmadi olaraq artırılmasından və cari ildə bu istiqamətdə inqilabi addımlar atılmasından məmnunluqla bəhs ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirliölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını vurğulayıb. O, Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələrinin, əlilliyi olan insanların, o cümlədən müharibə və 20 Yanvar əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Bu tədbirlərin davamı kimi, cari ildə Prezidentin təqaüdünün şəhid ailələri üçün 242 manatdan 300 manata çatdırıldığını, müharibə əlilləri və onlara bərabər tutulanlar üçün sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığını deyib.
Nazir müavini şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi proqramının da artıq 96% icra olunduğunu, 11740 şəhidin 17500-ə yaxın vərəsəsinin ödəmə ilə təmin edildiyini bildirib.

V.Nəsirli qeyd edib ki, şəhid ailələrinə, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox, 626 mənzil təqdim edilib. Bu il isə azı800 mənzil verilməsi nəzərdə tutulub, onlardan artıq 214 mənzil verilib. Beləliklə, indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6868 mənzil təqdim edilib. 2018-ci ildə 265 müharibə əlili nazirlik tərəfindən avtomobillə təmin olunub. Cari ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi planlaşdırılıb ki, onlardan artıq 427 avtomobil təqdim edilib. Ümumilikdə, həmin kateqoriyadan olanlara indiyədək 6400-dək minik avtomobili verilib.

İctimai təşkilatların rəhbərləri şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzillə təmin edilmələri sahəsində görülən ardıcıl işlərin ölkəmizdə aparılan güclü sosial siyasətin daha bir nəticəsi olduğunu vurğulayıblar.

Təqdim edilən 40 mənzilin 38-i şəhid ailələri və Qarabağ müharibəsi, 2-si 20 Yanvar əlillərinə verilib.

Azvision.az


Teqlər: ƏƏSMN   Ailə   Şəhid   Mənzil   Qarabağ   Əlil  





Xəbər lenti