İndiyədək 17500-ə yaxın şəhid vərəsəsinə 11 min manat ödənilib

 İndiyədək 17500-ə yaxın şəhid vərəsəsinə 11 min manat ödənilib
  07 Noyabr 2019    Oxunub:1702
Şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi proqramı 96% icra olunub.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli deyib. Nazir müavini bildirib ki, bu günədək 11740 şəhidin 17500-ə yaxın vərəsəsi ödəmə ilə təmin edilib.

Qeyd edək ki, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12268 nəfərdir. Ötən il noyabrın əvvəlllərindən həmin şəhidlərin vərəsələrinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.

Azvision.az



Teqlər: Şəhid   Vərəsə   Birdəfəlik   Ödəmə  





Xəbər lenti