Musa Yaqub: “Prezident mənə 3 otaqlı ev hədiyyə edib”

 Musa Yaqub:  “Prezident mənə 3 otaqlı ev hədiyyə edib”
  07 Noyabr 2019    Oxunub:5508
Prezident İlham Əliyev Xalq şairi Musa Yaquba 3 otaqlı mənzil hədiyyə edib.
Bu barədə Azvision.az -a Xalq şairi özü məlumat verib. M.Yaqub bildirib ki, mənzil 6 gün əvvəl onun ailəsinə təqdim olunub:

“Mənimlə maraqlanıb, Xalq şairi kimi qiymətləndiriblər. Doğrudur, evlə bağlı müraciət etməmişdim. Bu, onların qiymətləndirməsidir, soruşublar və belə bir qərara gəliblər. Azərbaycan Yazıçılar Birliyi də 20-30 il bundan öncə mənə ev vermişdi. Bu isə Prezidentin hədiyyəsidir. Dövlət başçısına təşəkkür edirəm".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Xalqşairi   MusaYaqub   Mənzil   Hədiyyə  





Xəbər lenti