Dəmir yollarında qatarların sürəti artırılacaq
Bu barədə Azvision.az -a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Biləcəri-Yalama sahəsində Xızı rayonunda Yaşma, Siyəzən ərazisində Qızılburun, Xaçmazda Çarxı və Yalama dartı yarımstansiyalarının tikintisi başa çatmaq üzrədir. Binəqədi rayonundakı Biləcəri dartı yarımstansiyasında isə bu günədək işlərin 33.4 % yerinə yetirilib.
Bununla da Biləcəri-Yalama sahəsində sabit cərəyanla işləyən mövcud 10 dartı yarımstansiyası dəyişən cərəyanla işləyən 5 yeni dartı yarımstansiyası ilə əvəzlənəcək.
Qeyd edilib ki, növbəti ildən Biləcəri-Yalama sahəsində yolların əsaslı təmiri planlaşdırılır. Bu prosesə start verilməsi həm də işarəvermə rabitə və enerji təchizatı sahələrinin də yenidən qurulmasına şərait yaradacaq. Dartı yarımstansiyalarının aparılan islahatlara uyğun olaraq qurulması dəmir yolunda hərəkətin intensivliyinin saxlanmasına yol açacaq.
Azvision.az