Rayonlarda alternativ su mənbələri yaradılır

Rayonlarda alternativ su mənbələri yaradılır
  07 Noyabr 2019    Oxunub:2271
Azərbaycanda son vaxtlar yağıntıların az olması ilə əlaqədar bir neçə rayonda su mənbələri ilə bağlı çətinlk yaranıb. Bu problem əsasən yay aylarında müşahidə edilir.
Azvision.az xəbər verir ki, bunu "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının qərərgahında keçirilən mətbuat konfransında deyib.

Q.Hüseynov bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə həmin rayonlarda alternativ su mənbələrinin yaradılmasına başlanılıb. Onun sözlərinə görə, artıq Gədəbəy və Lerikdə işlər başa çatıb, Şəki, Şamaxı, Tovuz rayonlarında isə işlər gələn il yekunlaşacaq.

Rayonlarda suyun keyfiyyətinə toxunan Q.Hüseynov qeyd edib ki, strateji yol xəritəsinə uyğun olaraq regional su kanal idarələri və regional laboratoriyalar yaradılıb:

“İlkin mərhələdə laboratoriyaları avadanlıqlar, kadrlarla, maşın mexanizmləri ilə təmin etmişik ki, “Azərsu”un balansında olan bütün su infrastrukturunun nəzarətdə saxlanması təmin olunsun, gələcəkdə hədəfimiz bütün bölgələrdə vətəndaşların istifadə etdiyu suların nəzarətə götürülməsindən ibarətdir”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Azərsu  





Xəbər lenti