Qorxmaz Hüseynov: “Rayonların su pasportları hazırlanır”

    Qorxmaz Hüseynov:    “Rayonların su pasportları hazırlanır”
  07 Noyabr 2019    Oxunub:1873
"Azərbaycanın bütün rayonlarının su pasportları hazırlanır".
Azvision.az xəbər verir ki, bunu "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının (YAP) qərərgahında keçirilən mətbuat konfransında deyib.

Qurum rəhbəri bildirib ki, həmin pasportlarda su mənbələri, suyun keyfiyyəti, əhalinin sayı, su təchizatı, suyun kim tərəfindən təchiz edilməsi və digər parametrlər öz əksini tapacaq.

Q.Hüseynov qeyd edib ki, regionalarda bütün su mənbələrinin yaxşılaşdırılması məsələsi daim diqqətdə saxlanılır: "Ölkənin 50-dən çox rayonunda su təminatının yaxşılaşdırılması ilə bağlı işlər həyata keçirilir. Onlardan 30-da artıq proses başa çatıb".

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Azərsu  





Xəbər lenti