Ehtiyac meyarı və yaşayış minimumu artırılacaq

   Ehtiyac meyarı və yaşayış minimumu artırılacaq
  07 Noyabr 2019    Oxunub:2564
"2020-ci ildə gömrük orqanları vasitəsilə dövlət büdcəsinə 4 milyard manat vəsaitin daxil olması gözlənilir. Növbəti il bir çox sahələrdə xərclər də artacaq".
Azvision.az xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, 2020-ci ilin dövlət büdcəsi layihəsində icbari tibbi sığortanın yeni mərhələsinə dair məbləğ nəzərdə tutulur.

"Gələn il üçün bu illə müqayisədə elm, təhsil, mədəniyyət, hüquq-mühafizə, gənclər siyasəti və digər sahələrə daha çox məbləğ ayrılıb. Büdcə layihəsində əhalinin aztəminatlı təbəqəsinin sosial təminatının yaxşılaşdırılması üçün ehtiyac meyarının və yaşayış minimumunun artırılması nəzərdə tutulur".

Azvision.az


Teqlər: Nazir   Maliyyə   SamirŞərifov  





Xəbər lenti