“Əhaliyə verilən suyu antireklam edirlər” - Qorxmaz Hüseynov

  07 Noyabr 2019    Oxunub : 622
 “Əhaliyə verilən suyu antireklam edirlər” - Qorxmaz Hüseynov
"Bakıda su filtrlərinin reklamı ilə "Azərsu"nun sakinlərə verdiyi suyu antireklam edirlər".
Azvision.az xəbər verir ki, bunu "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının qərərgahında keçirilən mətbuat konfransında deyib.

ASC sədrinin sözlərinə görə, halbuki bir çox hallarda su filtrləri özü çirklənmə mənbəyinə çevrilir: “Çünki həmin filtrlər çox ciddi xidmət tələb edir. Amma filtrlərin reklamı ilə "Azərsu"nun verdiyi suyun keyfiyyətinə şübhə formalaşdırırlar. Həmin şübhələrin heç bir əsası yoxdur".

Korporativ binalarda suyun çirkli olması məsələsinə toxunan Q.Hüseynov bildirib ki, bu binaların özlərinin su anbarları olur: “Su anbarları ən azı ildə bir dəfə təmizlənməlidr və yuyulmalıdır. Ancaq təəəsüflər olsun ki, bir çox korporativ binalarda bunu etmirlər. Biz Bakı Şəhər İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi və digər müvafiq qurumlarla birgə bu istiqamətdə monitorinq və maarifləndirmə işləri aparırıq".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Azərsu   QorxmazHüseynov