İtkin düşən çoban axtarılır - FOTO

İtkin düşən çoban axtarılır -    FOTO
  07 Noyabr 2019    Oxunub:1578
Şamaxı rayonunun Kərkənc kənd sakini, 1961-ci il təvəllüdlü Məmməd Əllazov oktyabrın 27-də səhər saatlarında çoban işlədiyi Göygöl rayon Firuzabad qəsəbəsindəki fermadan çıxaraq bir daha geri qayıtmayıb.
Azvision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, onun əlamətləri belədir: boyu 160-165 sm., arıq bədən quruluşlu, qarabəniz, ağ-qara saçlara malik, gözlərinin rəngi qonur.

M. Əllazov fermadan çıxarkən əynində hərbi kostyum, hərbi şalvar, başında papaq, ayağında idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin 022-205-22-79, 022-205-50-57 şəhər və (055) 545-11-02, (070) 252-22-44 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.



Azvision.az



Teqlər: DİN   Çoban  





Xəbər lenti