Gələn ilin büdcəsi plenar iclasa çıxarılır
Azvision.az xəbər verir ki, gələn ilin büdcəsi son 3 gündə parlamentin 15 komitəsində müzakirə olunub. Müzakirələrdən sonra 2020-ci il üzrə dövlət büdcəsi zərfinə daxil olan sənədlər Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Qeyd edək ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 913,7 milyon manat proqnozlaşdırılır.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Büdcə MilliMəclis İclas