Əxlaqsızlıq Şurası: Onları birləşdirən dəyərsizlik

      Əxlaqsızlıq Şurası:    Onları birləşdirən dəyərsizlik
  07 Noyabr 2019    Oxunub:15101
Özünü “Milli Şura” adlandıran quruma adətən siyasi prizmadan baxırıq, fəqət, ona mənəviyyat və əxlaq prizmasından baxanda çox maraqlı mənzərə alınır. Mənəviyyat-əxlaq sferasında bu qurumun o qədər “şanlı” keçmişi və indisi (güman ki, həm də gələcəyi) var ki, nəzmə çəkmək üçün şair qələminə ehtiyac duyulur.
Sanki hansısa görünməz əl harada əxlaqı qüsurlu, mənəviyyatı yoxsul kəslər varsa, hamısını bir-bir yğıb, təşkilat yaradaraq, adını “Milli Şura” qoyub. Bu, taleyin qəribə ironiyasıdır: Milli dəyərlərdən bu qədər uzaq kəslərin yığışdığı formatın adını “Milli Şura” qoymaq ilk növbədə elə onların özü ilə məzələnməkdir.

Bu mövzunu niyə yada saldıq? Çünki bir neçə gün əvvəl Milli Şuranın “ağsaqqalı” Vidadi Mirkamalın nəvəsi yaşında, özü də evli bir qızla danışıqlarının səs yazısı yayıldı. Normalda bu “ağsaqqal” həmin qıza öyüd-nəsihət verməli, əxlaqa dəvət etməli, ailəsinə sadiq olmağa çağırmalı idi. Amma əksinə, belə məlum olur ki, o, ərdə olan gənc qadını müxtəlif yollarla aldadaraq, özü ilə yaxınlığa sövq edir...



Əgər təkcə Vidadi Mirkamalın belə videosu yayılsa, “əxlaqsızlıq” anlayışını ümumiləşdirib, bütövlükdə Milli Şuraya aid etmək düz olmazdı. Amma məsələ ondadır ki, seyid Mirkamal nə birincidir, nə də axırıncı; Ona qədər də dəfələrlə belə hallar olmuşdu, ondan sonra da şübhəsiz ki, olacaq. Gəlin, Milli Şuranın hələ sadəcə üzdə olan simalarının əxlaqı və mənəvi keyfiyyətlərilə bağlı yaranmış ən böyük qalmaqalların bəzilərini yada salaq.

Əli Kərimlinin özü və oğlu ilə bağlı ayrıca danışmağa lüzum yoxdur. Oğul balanın Londonda qızlarla müxtəlif pozalarda şəkilləri dəfələrlə yayılıb. Kərimlinin ən yaxın adamlarından olan Qənimət Zahidin iki dəfə intim vəziyyətdə yaxalanarkən çəkilmiş şəkilləri yayılmışdı. Bunlardan biri məşhur “Üç palma” restoranında Xocalı faciəsi günü əxlaqsız qadınlarla əylənərkən çəkilmiş məşhur şəkillər idi.



Əli Kərimlinin əsas ruporu olan “Azadlıq” qəzetinin o vaxtkı baş direktoru, “kirpi” ləqəbli Azər Əhmədov da həmin fotoda Qənimətin yanında idi. Məlum olmuşdu ki, onlar redaksiya əməkdaşlarının neçə vaxtdır verilməyən maaşlarını xaricdən gəlmiş əxlaqsız qadınlara xərcləyirmişlər...

Maraqlısı odur ki, belə hadisədən sonra istənilən insan dərs çıxarıb, özünü yığışdırardı, amma qısa müddətdən sonra Azər Əhmədov yenə də “ilişdi”. Məlum oldu ki, o, bu boyda həngamədən sonra da özünə qoyulmayıb. Bu dəfə isə yaxın qohumunun gənc qızı ilə intim videosu yayımlandı. Əli Kərimlini təbliğ edən insanların əxlaqı və mənəviyyatı bundan artıq olası deyildi ki...



Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da arvadını döyməsi, azyaşlı qızlarına bədən xəsarəti yetirməsi ilə böyük qalmaqala səbəb olub. Bu, ictimai əxlaqsızlıq olsa da, şəxsi əxlaqsızlıqdan doğduğunu Qəhrəmanlının həyat yoldaşının sözlərindən anlamaq mümkündür. Onun yoldaşı Zümrüd Yağmurun müsahibəsində dediyinə görə, əvvəlcə ailələrində hər şey yaxşı imiş, amma “Fuadın ona xəyanətindən sonra” ağır günlər başlayıb. Maraqlıdır, Fuad kiminlə xəyanət edibmiş?! Bu dəstənin sirrlərinə bələd olanlar adətən bu sualın cavabında xısın-xısın gülərək, eyham vururlar ki, Qəhrəmanlının ailə dramının üçüncü tərəfində duran QƏHrəman çox uzaqda deyil, onu da Milli Şurada axtarmaq gərəkdir.

Qurumun məşhur simalarından olan Gültəkin Hacıbəyli də əxlaq və mənəviyyatı qüsurlu insan kimi tanınır. O, birinci ərinə və qayınanasına qarşı etdiyi hərəkətlərə, Azərbaycan qadınına yaraşmayan davranışlara görə özünü çoxdan cəmiyyətin gözündən salıb.



Əxlaqsızlar Şurasının panteonunda Əli Kərimlinin hazırda Fransaya sığınmış digər əshabəsi Natiq Adilovun da xüsusi yeri var. Onun məşhur videosu yəqin, hələ yaddaşlardan silinməyib: Natiq sol əlindı tutduğu telefonda hansısa qadınla danışır, sağ əlilə isə danışdığı adamı ciddi-cəhdlə təsəvvür etməyə çalışırdı... Eyni videoda o vaxtlar Kərimlini təbliğ edən başqa bir adam da var idi, amma mövqeyini dəyişdiyi üçün (bu da Kərimli tərəfdarları üçün tipik haldır) indi onu xatırlamağa lüzum görmürük.

Bütün bunlardan sonra sərxoş vəziyyətdə yarımçılpaq rəqs edən gənc qız Fatimə Mövlamlının gedib məhz Əli Kərimliyə qoşulması kimisə təəccübləndirə bilərmi? Hər şey çox məntiqli - Necə olmalıdırsa, elədir!



Göründüyü kimi, Milli Şurada cəmlənmiş şəxslərin əksəriyyəti ya şəxsi, ya da ictimai planda əxlaqsız və mənəviyyatsız adamlardırlar. Məqsədimiz heç də onların fərdi, yaxud ictimai mənəviyyata və əxlaqa zidd əməllərini ayrı-ayırılıqda yada salmaq deyil. Maraqlı olan budur: Niyə bütün bu qalmaqallar eyni qurumun çərçivəsindən çıxıb? Eyni naqisliyə malik şəxslərin bir yerdə, bir qurum çərçivəsində toplaşmaları təsadüfdürmü? Güman ki, yox, çünki siyasətdə təsadüflər olmur. Onda, sualın mabədinə keçək: Bu adamlar eyni əxlaqi nöqsanlara malik olduqları üçün bir yerdə toplaşıblar, yoxsa, bir yerdə toplaşdıqları üçün əxlaqları eyni şəkildə naqisləşib?

Samir Quliyev
Azvision.az



Teqlər: MilliŞura   ƏliKərimli  





Xəbər lenti