Cəbhədə xidmət edən əsgərlərin naharı - FOTOLAR

  Cəbhədə xidmət edən əsgərlərin naharı -    FOTOLAR
  07 Noyabr 2019    Oxunub:5729
Xəbər verdiyimiz kimi, bu gün Dövlət Bayrağı Günü münasibəti ilə Ağdam rayonunda “Bayraq yürüşü” keçirilib.

Azvision.az -ın məlumatına görə, yürüş başa çatdıqdan sonra tədbir iştirakçıları "N" saylı hərbi hissəyə baş çəkiblər.
Ağdamın icra başçısı Vaqif Həsənov, Təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili Aydın Mirzəzadə, media qurumlarının rəhbərləri və KİV nümayəndələri düşmənlə təmas xəttində yerləşən hərbi hissədə əsgərlərlə birgə nahar ediblər.

Nahar zamanı əsgərlərə "vineqret" salatı, aş, toyuq qızartması, dolma, kiftə və digər yeməklər verilib. Bildirilib ki, əsgərlərin qidalanmasına xüsusi diqqət yetirilir və onlara hər zaman keyfiyyətli qidalar verilir.

























Aytən Zəhra
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Əsgər   Nahar  





Xəbər lenti