MSK 60 nəfərin namizədliyini qeydə alıb

   MSK 60 nəfərin namizədliyini qeydə alıb
  07 Noyabr 2019    Oxunub:1535
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak üçün 28 410 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı dairə seçki komissiyalarına müraciət edib.

Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
M.Pənahov qeyd edib ki, 14846 nəfər fərdi qaydada müraciət edib. Onlardan 13 524 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 40 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

MSK sədri bildirib ki, 17509 imza vərəqəsi götürüb: "Onlardan 2419 nəfəri imza vərəqəsini geri qaytarıb. Bələdiyyə seçkilərində iştirak edəcək 60 nəfərin namizədliyi qeydə alınıb".

Azvision.az


Teqlər: MSK   Seçki   Bələdiyyə  





Xəbər lenti