"İnsanların hüquq və azadlıqları yüksək səviyyədə qorunmalıdır" - General

  07 Noyabr 2019    Oxunub : 594
 "İnsanların hüquq və azadlıqları yüksək səviyyədə qorunmalıdır" - General
"Vətəndaşların müraciətlərinə baxılmasına, qəbuluna daim xüsusi həssaslıqla yanaşılmalı, cinayətlərdən zərər çəkmiş şəxslərin hüquqlarının bərpası ilə bağlı məsələlərin həllində hər zaman operativlik göstərilməlidir".
Azvision.az xəbər veirr ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov deyib.

Onun sözlərinə görə, insanların hüquqları, azadlıqları, qanuni mənafeləri yüksək səviyyədə qorunmalı, bu iş bütün struktur qurumlarda rəhbər heyətin şəxsi nəzarəti altında gündəlik həyata keçirilməlidir.

Azvision.az

Teqlər: DİN   Nazir