“Qarabağ” APOEL-ə məğlub oldu - Yenilənib

“Qarabağ” APOEL-ə məğlub oldu -   Yenilənib
  08 Noyabr 2019    Oxunub:8131
UEFA Avropa Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulur.
Azvision.az xəbər verir ki, bu gün Azərbaycan çempionu “Qarabağ” növbəti oyununa çıxıb. Qurban Qurbanovun komandası səfərdə Kiprin APOEL klubu ilə qarşılaşıb. Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edib.

Matçda hesabı 10-cu dəqiqədə "Qarabağ"ın futbolçusu Maksim Medvedev açıb. İlk hissədə əlavə qol qurulmayıb. "Qarabağ" fasiləyə üstün yollanıb.

Qarşılaşmanın ikinci hissəsi gərgin mübarizə şəraitində keçib. APOEL 59-cu dəqiqədə hesabı bərabərləşdirib. Kiprlilər görüşün sonuna yaxın daha bir qolla önə keçiblər. Bununla da meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Asmir Beqoviç, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Rəşad Sadıqov, Miçel Madeyra, Riçard Almeyda, Qara Qarayev, Dani Kintana, Zubir və Araz Abdullayev yer alıblar.

APOEL-in heyətində isə meydana Beleç, Saviç, Merkis, Vuros, Ynnu, Matiç, Qendzoğlu, Lukas Souza, Mixayloviç, Xallenius və Pavloviç çıxıblar.

Azvision.az



Teqlər: Qarabağ   APOEL  





Xəbər lenti