Əməkhaqqı fondunda artım 34,2 faizə yüksəlib

Əməkhaqqı fondunda artım 34,2 faizə yüksəlib
  08 Noyabr 2019    Oxunub:1469
Ölkəmizdə əmək haqlarında ciddi artımların edilməsi, məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında davamlı inkişaf və əməyin leqallaşdırılması sahəsində kompleks tədbirlər əməkhaqqı fondunun da ciddi şəkildə artımı ilə nəticələnir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 2019-cu ilin ötən ayları üzrə bu istiqamətdə mütəmadi olaraq hər ay üzrə artım dinamikası qeydə alınıb. Xüsusilə də bu artım aydan-aya daha yüksək faizlə özünü göstərib.

Belə ki, əməkhaqqı fondunda cari ilin yanvar ayında artım göstəricisi 3,7 faiz, fevral ayında bundan iki dəfə çox - 7,4 faiz olub. Mart ayında 10,5 faiz, aprel ayında 14,5 faiz, may ayında 17,6 faiz, iyun ayında 18,8 faiz, iyul ayında 19,8, avqust ayında 21 faiz artım baş verib.

Son aylarda isə bu artım göstəricisi daha da yüksəlib: sentyabr ayında əməkhaqqı fondunda artım 29,6 faiz, oktyabr ayında isə 34,2 faiz olub.



Azvision.az


Teqlər: ƏƏSMN   Əməkhaqqı  





Xəbər lenti