Metronun “Bənövşəyi xətti” Qaraçuxura çatdırılacaq

  08 Noyabr 2019    Oxunub : 974
Metronun “Bənövşəyi xətti” Qaraçuxura çatdırılacaq
Şərti adı “B3” olan stansiyanın tikintisi demək olar ki, başa çatdırılır.
Azvision.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Baş mühəndisi Əlixan Osmanov deyib. Onun sözlərinə görə, hazırda həmin stansiyada son tamamlanma işləri gedir: “Stansiyanın açılışı üzrlü səbəblərdən gələn il üçün nəzərdə tutulub”

Ə.Osmanov qeyd edib ki, metronun “Bənövşəyi xətti” 12 stansiya və bir depodan ibarətdir: “Bu xəttin 3 stansiyasının tikintisi demək olar ki, yekunlaşdırılıb və hazırdır. Şərti adı “B4” olan dördüncü stansiyasının, eləcə də "Xocasən" deposunun tikintisi davam etdirilir. Sxemə uyğun olaraq “Bənövşəyi xətti” Qaraçuxur qəsəbəsinə qədər çatdırmağı planlaşdırırıq”

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Metro