Nazirlik: Hazırda 14200 vakant iş yeri var

      Nazirlik:    Hazırda 14200 vakant iş yeri var
  08 Noyabr 2019    Oxunub:1828
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında hazırda 14200 vakant iş yeri haqqında məlumat var.
Azvision.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ölkədə ixtisaslı işçi qüvvəsinə tələbat olduqca çoxdur:

"Hazırda işəgötürənlərin mövcud bütün vakansiyaları elektron bazaya daxil etməsi üçün iş aparılır. Təhlillər aparılır ki, ölkədə hansı ixtisaslar üzrə işçilərə daha çox tələbat var. Bu tələbat daha çox peşələr üzrədir".

A.Əliyev qeyd edib ki, artıq iş axtarışında olan və özünüməşğulluq proqramında iştirak etmək istəyən şəxslər heç bir sənəd toplamadan, heç bir yerə getmədən "Məşğulluq" Alt sistemi üzərindən müraciət edə biləcəklər:

"İşsiz şəxslərin əmək bazarına qaytarılması ilə bağlı xüsusi fərdi məşğulluq proqramları həyata keçiriləcək. Bu proses yeni istifadəyə verilən "Məşğulluq" alt sistemində elektronlaşdırılıb".

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti