Metroda gediş haqqı artacaq? - Rəsmi açıqlama

   Metroda gediş haqqı artacaq? -    Rəsmi açıqlama
  08 Noyabr 2019    Oxunub:2745
Yaxın gələcəkdə metroda heç bir tarif artımı gözlənilmir.

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Baş mühədisi Əlixan Osmanov deyib. Onun sözlərinə görə, hazırda Bakı metrosu MDB məkanında gediş haqqına görə ən ucuz metrodur:
"Bu gün bir sərnişinin daşınma xərci 30 qəpikdir. Amma həmin vəsait sərnişinin daşınmasına çəkilən xərcin yalnız 60%-ni qarşılayır. Buna baxmayaraq, Bakı Metropolitenində qiymət artımı gözlənilmir".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Metro   Qiymət  





Xəbər lenti