İşıq sönsə də, metro fasiləsiz işləyəcək

   İşıq sönsə də, metro fasiləsiz işləyəcək
  08 Noyabr 2019    Oxunub:3275
2018-ci il iyulun 3-də "Azərbaycan" İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində yaranan məhdudiyyət Bakı metropoliteninin fəaliyyətinə mənfi təsir göstərərək, texniki qurğuların, stansiya və tunellərdə qatarların dayanmasına gətirib çıxarmışdı.
Azvision.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

Sədr müavini bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Bakı metropolitenində dizel-generator stansiyalarının qurulması ilə unikal ehtiyat elektrik enerji mənbələri yaradılıb.

H.Məmmədov qeyd edib ki, artıq yüksək gərginlikli elektrik enerjisinin verilişi kəsiləndə də metro sərnişinlərinə xidmət göstərəcəkdir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Metro   Qatar   Enerji  





Xəbər lenti