Bakıda atmosferi çirkləndirən restoranların ADLARI

  08 Noyabr 2019    Oxunub : 790
 Bakıda atmosferi çirkləndirən restoranların ADLARI
Son bir həftə ərzində keçirilən monitorinq zamanı filtrlərini dəyişməməsi səbəbindən havaya atılan tüstü və zərərli tullantıların miqdarı normadan artıq olan ictimai iaşə obyektlərinin adları açıqlanıb.
Azvision.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Vüqar Kərimovun sözlərinə görə, ən çox pozuntu halları Nizami rayonunda qeydə alınıb. Çünki həmin ərazidə şadlıq saraylarının sayı çoxdur. "Cənnət", "Xan bağı", "Xan sarayı", "Madonna", "Milord", "Hissa", "Grace Hall", "Ayla" şadlıq sarayları , "Səhər mehi "və "Kometa" restoranlarında tullantıların miqdarı normadan artıq olub.

Binəqədi rayonunda "Sonalar sonası", "Qızıl tac", "Şahənşah", "Mələk", "Oğuz xan", "Al saray", "Amor", "Röya", Xətai rayonunda "Fəridə", "Elgün" , "Neapol", "Movida", "Mirana", "Leyla", "Şəhzadə", Nərimanov rayonunda "Şuşa", "Su sonası" şadlıq sarayları, "Orman", "Xankəndi", "İsa bulağı" restoranları, Sumqayıt şəhərində "Qubadlı", "Dan ulduzu", "Şəhanə", "Tural", "Nurlan" və "Dədə Qorqud", Abşeronda "Qarabağ", "Ülvi", "Səmayə" və "Sultan", Gəncə şəhərində "Firuzə", "Tural" və "Şəhzadə" şadlıq saraylarında oxşar hal müşahidə edilib.

V.Kərimov qeyd edib ki, həmin şadlıq saraylarının sahiblərinə xəbərdarlıq edilib: "Toy və tədbirlər zamanı havaya atılan tullantıların qarşısının alınması üçün obyektlərdəki manqalların fəaliyyəti dayandırılacaq. Atmosferə tullantı atan restoranlardan cərimə olunan, onlar barəsində hüquq mühafizə orqanlarına müraciət edilənlər də var. Yaxşı olar ki, restoranlar təmizləyici qurğulara diqqətlərini artırsınlar".

Nazirlik rəsmisinin sözlərinə görə, istehsalat müəssisələri kimi iaşə obyektlərində də mühafizə zolağı olmalıdır: "Hər hansı iaşə obyekti tikildikdə səs-küy normaları, iy-qoxu ilə bağlı mühafizə zolağı olmalıdır. Restoranların ölçüsündən, tutum sayından asılı olaraq mühafizə zolaqları müxtəlif ola bilər. Restoranlardakı səs-küylə bağlı müraciətlər çoxdur. Buna görə də qanunvericilikdə təsbit olunub ki, axşam saat 12-dən sonra insanların daha çox cəmləşdiyi yerdə səs-küy salan obyektlərin fəaliyyəti dayandırılsın. Bu da insanların rahatlığının təmin olunması ilə bağlıdır. Bizim məqsədimiz hər hansı tədbirin keçirilməsinə mane olmaq deyil".

Aytən Zəhra
Azvision.az

Teqlər: ETSN