Mollanı axtaran sərxoş kişi məscidi yandırıb

   Mollanı axtaran sərxoş kişi məscidi yandırıb
  09 Noyabr 2019    Oxunub:2873
Başqırdıstanın paytaxtı Ufa şəhərində mollanı axtaran şəxs təsadüfən məscidi yandırıb.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiya Daxili İşlər Nazirliyinin Başqırdıstan Respublikasındakı mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, “Həmzə” məscidində baş verən yanğından sonra polislər 39 yaşlı yerli sakini şübhəli şəxs qismində saxlayıblar.

İfadəsindən məlum olub ki, hadisə baş verən zaman o, sərxoş olub. Belə ki, məscidin qapısının açıq olduğunu görən 39 yaşlı şəxs kibriti yandıraraq qaranlıq otaqda mollanı axtarıb.

Lakin mollanı tapa bilmədikdən sonra yanan kibriti yerə atıb. Nəticədə məsciddə yanğın baş verib. Hazırda faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Yanğın  





Xəbər lenti