DMX-nın əməkdaşları Bayraq Gününü hərbi hissədə qeyd ediblər - FOTOLAR

DMX-nın əməkdaşları Bayraq Gününü hərbi hissədə qeyd ediblər -    FOTOLAR
  09 Noyabr 2019    Oxunub:2591
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Xidmətin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Milli Qəhrəman Mübariz İbrahimovun xidmət etdiyi və hazırda onun adını daşıyan hərbi hissədə 9 Noyabr-Dövlət Bayrağı Günü münasibətilə şəxsi heyətlə görüşüb.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev əsgərləri bayram münasibətilə təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb. Azərbaycanda aparılan ordu quruculuğu və hərbi hissələrin döyüş qabiliyyətinin artırılması, əsgər və zabitlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində Ali Baş Komandan, Prezident cənab İlham Əliyev tərəfindən böyük işlərin görüldüyünü diqqətə çatdırıb.



Qeyd edib ki, qısamüddətli aprel döyüşləri Azərbaycan ordusunun gücünün göstəricisi olub. N saylı hərbi hissənin komandiri Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına təşəkkürünü bildirib və hərbi hissənin fəaliyyəti barədə məlumat verib. Dövlət Miqrasiya Xidmətinin əməkdaşları hərbiçilərlə nahar süfrəsində səmimi söhbət ediblər. Sonda əsgərlərə bayram sovqatı paylanıb.









Azvision.az




Teqlər: DMX   Bayraq  





Xəbər lenti