Mehriban Əliyevanın tapşırığı ilə qəzalı məscid təmir edilir
Dövlət Turizm Agentliyi ilə bu elm müəssisəsi arasında imzalanmış memoranduma əsasən abidədə təmirdən əvvəl arxeoloji tədqiqat işlərinin aparılması qərarlaşdırılıb.
Arxeologiya və Etnoqrafiya İnstitutunun Lahıc arxeoloji ekspedisiyasının rəisi Akif Quliyevin məlumatına görə, Bədöyün məscidində aparılan araşdırmalar abidənin tikilmə tarixi, ilkin memarlığı və s. məsələlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, Dövlət Turizm Agentliyinin reyestrinin qeydiyyat nömrəsinə (İnv.№ 4381) əsasən abidə 1791-ci ildə inşa edilib. Abidənin üzərində 8 kitabə mövcuddur. Bunların yeddisi ərəb dilində, biri isə ərəb qrafikası ilə Azərbaycan dilindədir. İki kitabədə əks olunmuş dini hədis mətnlərindən sonra, hicri 1295-ci il (1878-ci il) və hicri 1323-ci il (1905-ci il) tarixləri qeyd edilib.
Azvision.az
Teqlər: Məscid Mehriban-Əliyeva