Paytaxtda iməclik keçirilib
Ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin prioritet məqsədlərindən biridir. Son illər ərzində Azərbaycanda yaşıllaşdırılma və ətraf mühitin sağlamlaşdırılması ilə bağlı davamlı tədbirlər həyata keçirilir, geniş abadlaşdırma işləri görülür, ölkə şəhərlərində yaşıllaşdırma səviyyəsi getdikcə artır.
Dövlət Bayrağı günündə keçirilən iməclikdə yol boyunca əkilən yeni ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır. Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.
Azvision.az