Nyu-York-Bakı təyyarəsi məcburi eniş edib - Yenilənib

  10 Noyabr 2019    Oxunub : 3108
 Nyu-York-Bakı təyyarəsi məcburi eniş edib - Yenilənib
Bakının hava limanında əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən Gəncənin hava limanına eniş edən AZAL-ın Nyu-York-Bakı reysini yerinə yetirən təyyarə yerli vaxtla saat 10:37-də Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə enib.
***
(10:40)

Bakının hava limanında əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən AZAL-ın Nyu-York-Bakı reysini yerinə yetirən təyyarəsinin kapitanı Gəncənin hava limanına eniş etmək qərarına gəlib.

Azvision.az AZAL-a istinadən xəbər verir ki, "Boeing 787 Dreamliner” təyyarəsi yerli vaxtla saat 07:33-də Gəncənin hava limanına uğurlu eniş edib.

Reysin sərnişinləri hava limanının terminalında yerləşdirilib, yemək və içkilərlə təmin olunublar. Hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə Gəncədən Bakıya Bakı vaxtı ilə 10:01-də uçub.

Qeyd edək ki, güclü duman həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda bəzi reyslərin gecikməsinə səbəb olub. Lakin hal-hazırda Bakının hava limanı normal qrafik əsasında işləyir.

Azvision.az

Teqlər: Təyyarə   Gəncə   Nyu-York