Azvision.az FHN-ə istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində mağazanın içərisində tikilən ümumi sahəsi 30 m² olan təndirxananın yanar konstruksiyaları 15 m² sahədə yanıb. Təndirxananın qalan hissəsi və mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.