Sabah 2020-ci ilin büdcə müzakirəsi başlayır

   Sabah 2020-ci ilin büdcə müzakirəsi başlayır
  11 Noyabr 2019    Oxunub:2803
Sabah Azərbaycanın 2020-ci il dövlət büdcə zərfi Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Azvision.az xəbər verir ki, noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarda "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında”, həmçinin Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları müzakirə olunacaq.

İclasa Baş Nazir Əli Əsədov və hökumət üzvləri də qatılacaqlar.

Qeyd edək ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 913,7 milyon manat proqnozlaşdırılır.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: MilliMəclis   İclas   Plenar   Büdcə  





Xəbər lenti