Seçkidə iştirak edəcək partiyaların sayı 13-ə çatdı

   Seçkidə iştirak edəcək partiyaların sayı 13-ə çatdı
  11 Noyabr 2019    Oxunub:1606
Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən Azərbaycan Respublikaçılar Partiyasının səlahiyyətli nümayəndəsinin qeydiyyata alınması məsələsinə baxılıb.

ARP-nin bələdiyyə seçkilərində iştirakı səsverməyə çıxarılaraq qəbul olunub. Bununla da seçkilərdə iştirak edəcək partiyaların sayı 13-ə çatıb.

Qeyd edək ki, bundan əvvəl Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və Vəhdət Partiyasının bələdiyyə seçkilərində iştirak üçün müraciət edib və onların nümayəndələri qeydə alınıb.

Azvision.az


Teqlər: MSK   Bələdiyyə   Seçki  





Xəbər lenti