Xose Bernardonun qardaşının vəziyyəti orta-ağırdır

  Xose Bernardonun qardaşının vəziyyəti orta-ağırdır
  12 Noyabr 2019    Oxunub:2933
Teleaparıcı Xose Bernardonun qardaşı Rəfael Hüseynovun vəziyyəti orta-ağır, stabildir.

Bunu Azvision.az -a 3 saylı Şəhər Klinik Xəstəxanasının Anesteziologiya-reanimasiya şöbəsinin müdiri Namiq Dəmirçiyev deyib. Onun sözlərinə görə, xəstə reanimasiyadan cərrahi palataya çıxarılıb.
“Vəziyyəti yaxşılığa doğru gedir. Huşu aydın, hemodinamikası stabildir. Yaraları vaxtında sağalsa, iki həftədən sonra evə çıxa bilər. Amma indidən bir söz demək çətindir”.

Qeyd edək ki, teleaparıcı Xose Bernardo sağ saidin kəsilmiş yarası, qardaşı Rafael Hüseynov isə qarnın çoxsaylı deçilmiş yaraları ( döş qəfəsinə keçən) diaqnozu ilə 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Onları bıçaqlayan şəxs əvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Abutalıb Hüseynov saxlanılıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Xose-Bernardo   Xəstəxana  





Xəbər lenti