Burada yeraltı nəqliyyatın incəlikləri öyrədilir - FOTOREPORTAJ

  12 Noyabr 2019    Oxunub : 2221
 Burada yeraltı nəqliyyatın incəlikləri öyrədilir - FOTOREPORTAJ
“Bakı Metropoliteni” QSC-nin 2014-cü ildən fəaliyyət göstərən Təlim-tədris mərkəzi əsaslı təmir olunaraq yenidən qurulub. SSRİ-nin ilk elektrikləşdirilmiş dəmir yolunun elektrik deposu kimi 1926-cı il sentyabrın 24-də istifadəyə verilmiş bina 53 ildir Bakı metropoliteninin sərəncamındadır.
Azvision.az xəbər verir ki, memarlıq elementləri qorunmaqla yenidən qurulan tarixi binanın foyesində metropolitenin inkişaf tarixinin bütün mərhələləri əks olunub.

Mərkəz hissədə metro qatarını xatırladan 8 vaqon-guşə yaradılıb. Metropoliten infrastrukturunun bütün əsas sahələrini özündə ehtiva edən bu guşələr müasir texnoloji tələblər səviyyəsində biliklərə və praktiki vərdişlərə yiyələnməyin ideal məkanıdır.

Həmçinin tədris prosesinin daha canlı və dərindən mənimsənilməsi məqsədilə xüsusi sifarişlə hazırlanmış və hər sahənin özəlliklərini əks etdirən 18 maket və 100-dən artıq əyani-praktiki vəsait tədris prosesini istehsalat şəraitinə maksimum yaxınlaşdırıb.

Burada hər sahəyə xüsusi avadanlıqlarla təchiz edilmiş kabinetlər, eləcə də elektron imtahan otağı da var.
Belə ki, burada ən əhəmiyyətli texnoloji yeniliklərindən biri qatar trenajorudur. Trenajor tam interaktiv şəkildə metro xətlərinin real məkan və zaman rejimində müasir qrafik təsvirlər vasitəsilə işlənib. Proqram təminatında Bakı metrosunun özəllikləri ilə yanaşı, qatar maşinistinin bütün təlimat tapşırıqları, qəza vəziyyətləri də yer alıb.











































FOTO: Şahin Sərdarov
Azvision.az

Teqlər: Metro   Muzey