Dörd evdən oğurluq edən şəxs tutulub

Dörd evdən oğurluq edən şəxs tutulub
  12 Noyabr 2019    Oxunub:1790
Bakı şəhər sakini Rafiq İsmayılov Mingəçevir ŞPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evindən oğurluq edilməsi ilə bağlı məlumat verib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Anar Həsənov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq əməlini etiraf edib.



Ətrafında aparılan araşdırmalar nəticəsində A.Həsənovun digər cinayət əməllərində də əlinin olduğu aşkarlanıb. Belə ki, saxlanılan şəxsin bir neçə gün öncə daha 3 vətəndaşa məxsus fərdi yaşayış evinə daxil olaraq oğurluq etdiyi məlum olub. Oğurlanan əşyaların müəyyən bir qismi maddi sübut kimi götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti