Ən çox spirtli içki içilən ölkələr - SİYAHI

  12 Noyabr 2019    Oxunub : 1012
 Ən çox spirtli içki içilən ölkələr - SİYAHI
Spirtli içkilərdən ən çox istifadə edilən ölkələrin siyahısı açıqlanıb.
Azvision.az xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Bir baxışda sağlamlıq 2019” adlı hesabatında vətəndaşları ən çox spirtli içki qəbul edən ölkələr barədə məlumatlar yer alıb.

Siyahıda birinci yerdə Litva qərarlaşıb. Belə ki, bu ölkədə il ərzində adambaşına 12,3 litr spirtli içki qəbul edilir. Vətəndaşları 12 ayda 11,8 litr spirtli içki içən Avstriya ikinci, 11,7 litr göstərici ilə Fransa üçüncü olub.

Sonrakı yerlərdə Çexiya (11.6), Lüksemburq (11,3), Latviya və İrlandiya gəlir. Bu dəfəki reytinq cədvəlində Rusiya 7-cidir. Rusiya və Macarıstan vətəndaşları orta hesabla adambaşına 11,1 litr spirtli içki qəbul edir.

Aytən Zəhra
Azvision.az

Teqlər: İçki   Alkoqol   Statistika