Kommunal xidmət göstərən şirkətlərin xarici investorlara verilməsi təklif olundu

Kommunal xidmət göstərən şirkətlərin xarici investorlara verilməsi təklif olundu
  12 Noyabr 2019    Oxunub:1606
“Əhaliyə kommunal xidmətlər göstərən bir sıra şirkətlərin əlverişli şərtlərlə xarici investorlara ən azı 50 illik konsessiya müqaviləsi əsasında idarəetməyə verilməsi zərurətdir” .
Azvision.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, bu addım dövlət büdcəsinin yükünü azaldar: “Həmçinin, hökumətin bu şirkətlərin borcunu qaytarmaq riskini aradan qaldırar, daha çevik və modern xidmət üçün imkan yaradar. Bununla da vətəndaş və dövlət qarşısında daha hesabatlı, şəffaf şikrətlərin meydana çıxmasına,iqtisadiyyatın liberallaşmasının sürətlənməsinə imkan yarada bilər”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Fazil-Mustafa  





Xəbər lenti