"Büdcənin 40 faizə yaxını sosial sahəyə həsr edilib" - Musa Quliyev

  12 Noyabr 2019    Oxunub : 832
"Büdcənin 40 faizə yaxını sosial sahəyə həsr edilib" - Musa Quliyev
“2020-ci ilin dövlət büdcəsinin xərclərinin 40 faizə yaxını sosial sahəyə həsr edilib”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin üzvü Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı deyib.

Deputat bildirib ki, bu il sosial müdafiə sahəsində xüsusi il olub: “Həmçinin bu il ölkə başçısı tərəfindən bu istiqamətdə imzalanan 30-a yaxın fərman və sərəncamlar, iki mühüm sosial paket sayəsində minlərlə insanın rifah halı daha da yaxşılaşıb. Hər il ölkədə əmək bazarına 100 mindən çox işçi qüvvəsi daxil olur".

M.Quliyev qeyd edib ki, uçot vergi və sığorta bazasının təkmilləşdirilməsi ilə bağlı yeni üsullar tapılmalıdır: "Yeni iş yerlərinin açılması əmək müqavilələrinin bağlanmasında şəffaflığı təmin etmək üçün 5 il müddətində kiçik və orta sahibkarlar vergi ödəmələrindən azad edilib. Bu, həm sahibkarların fəaliyyətinin, həm də sığorta bazarının genişlənməsinə xidmət edir".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: MusaQuliyev   Deputat   MM