Deputat: "Sosial evlərin tikintisi artırılmalıdır"

      Deputat:    "Sosial evlərin tikintisi artırılmalıdır"
  12 Noyabr 2019    Oxunub:1962
Milli Məclisin bu gün keçirilən plenar iclasında sosial evlərin tikintisinin artırılması təklif edilib.
Azvision.az -ın məlumatına görə, bu təkliflə çıxış edən millət vəkili Aydın Mirzəzadə bildirib ki, sosial evlər cəmiyyətdə böyük marağa səbəb olub.

Onun sözlərinə görə, insanlar sosial evlərin səmərəliliyini görürlər:

"Növbəti illərdə paytaxtda və regionlarda sosial evlərin tikilməsinə xüsusi diqqət yetirilməsini təklif edərdim".

Deputat paytaxtın və regionların ipoteka faizləri nisbətinin dəyişdirilməsini təklif edib:

"Aydındır ki, paytaxtda gəlirlər yüksəkdir. Regionlarda isə gəlir paytaxt qədər yüksək deyil. Faizlərin regionlarda aşağı olması səmərəli olardı. Regionda insanlar tez mənzil əldə etməklə həm mənzilə sahib olar, həm də orada öz bizneslərini qurmağa üstünlük verərdilər".

Anar Kəlbiyev
Azvision.az



Teqlər: AydınMirzəzadə   Deputat  





Xəbər lenti