“Kombi ustası evimdən 3500 manat pulumu oğurlayıb. Pulumu hər zaman evdə istilik sisteminin arxasında saxlayırdım. Dünən səhər bizə gəldi, kombini düzəldib getdi. Yatmışam, ağlıma gəlməyib. O da pulu oradan götürüb gedib.
Zəng vurdum ki, qardaş, heç kim bilməyəcək, öz xoşluğunla pulumu gətir qaytar. Mənimlə elə danışdı ki... Dedim, dünən yox, o biri gün oradan 2500 manat pul götürmüşəm, dünən səhər də evə sən gəlmisən. Atama maşın almağa gedirdim. Əlimi atdım ki, pulu götürüm, gördüm, yoxdur”, - deyə V.Muradov bildirib.
Müğənni qeyd edib ki, aidiyyəti üzrə Binəqədi rayon 6-cı polis bölməsinə müraciət edib. "Polislər qısa zamanda oğrunu tapdılar və pulu mənə qaytardılar. Başda general polkovnik Vilayət Eyvazov olmaqla bütün DİN rəhbərliyi və əməkdaşlarına təşəkkür edirəm".
Azvision.az
Teqlər: DİN