FHN-nin idmançıları beynəlxalq yarışlarda mükafat qazanıblar

FHN-nin idmançıları beynəlxalq yarışlarda mükafat qazanıblar
  12 Noyabr 2019    Oxunub:1670
Fövqəladə Hallar Nazirliyinin (FHN) idmançıları bir sıra beynəlxalq yarışda mühüm uğurlar qazanıblar.
FHN-in İdman Sağlamlıq Mərkəzindən Azvision.az -a verilən məlumata görə, İtaliyanın Bari şəhərində keçirilən parataekvondo üzrə səkkizinci Avropa çempionatında mərkəzin əməkdaşı dördqat dünya, ikiqat Avropa çempionu, Prezident mükafatçısı Aynur Məmmədova (58 kq) bütün döyüşlərdə qalib gələrək yarışın qızıl medalına layiq görülüb. Beləliklə, 18 ölkədən 250-dən çox idmançının mübarizə apardığı yarışda parlaq qələbə qazanan idmançı bu uğuru sayəsində “Tokio 2020” Yay Paralimpiya Oyunlarına vəsiqə qazanıb.



Bundan başqa, Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən və 20 ölkədən 1400-dən çox idmançının qatıldığı karate-do şotokan üzrə Avropa çempionatında iştirak edən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssis xilasedicisi Gülnarə Əliyeva (+55 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

FHN-in İdman-Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev idmançılarla görüşərək onları qazandıqları nailiyyətlərə görə təbrik edib, qarşıdakı yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti