Milli Məclisdə daha bir deputat yeri boş qaldı
Belə ki, Prezident İlham Əliyevin 2018-ci il aprelin 23-də imzaladığı sərəncamla 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin Milli Məclisdəki deputatı Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri, 91 saylı Ucar seçki dairəsinin deputatı Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, 34 saylı Xətai ikinci seçki dairəsinin deputatı Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Dövlət başçısının ötən il aprelin 21-də imzaladığı sərəncama əsasən, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin deputatı Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub.
Həmçinin, 2017-ci ildə Azərbaycanın Birinci-vitse prezidenti təyin edilən Mehriban Əliyevanın deputat mandatına (14 saylı Xəzər ikinci seçki dairəsi) xitam verilib.
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilən Astan Şahverdiyev 2018-ci ilin aprel ayında vəfat edib.
Cari ilin oktyabr ayında adı borc qalmaqalında hallanan Rafael Cəbrayılov öz istəyi ilə deputat mandatından məhrum edilib.
Azvision.az
Teqlər: Milli-Məclis