Metroda sərnişin sıxlığı yaranıb - Qatarlar ləngiyir

  13 Noyabr 2019    Oxunub : 1505
 Metroda sərnişin sıxlığı yaranıb - Qatarlar ləngiyir
Bu gün səhər saatlarından etibarən Bakı metrosunda sərnişin sıxlığı müşahidə edilir.
Bu barədə Azvision.az -a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, "Həzi Aslanov" stansiyasından şəhər istiqamətində hərəkət edən qatarlarda sıxlıq yaranıb. Bu səbəbdən qatarlar hər stansiyada 10-15 saniyə ləngiyir.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Metro   Qatar   Sıxlıq