“Rusiyada nasist Nijdenin abidəsi olmamalıdır” - Mirzoyan

  13 Noyabr 2019    Oxunub : 1646
“Rusiyada nasist Nijdenin abidəsi olmamalıdır” - Mirzoyan
"Erməni xalqının necə qiymətləndirməsindən asılı olmayaraq, Rusiyada nasist Qaragen Nijdenin abidəsi olmamalıdır".

Azvision.az xəbər verir ki, bunu “Vestnik Kavkaz”a Rusiya Federasiyası höküməti yanında Maliyyə Universitetinin siyasi elmlər üzrə dosenti Qevorq Mirzayan deyib.
Krasnodar diyarının Armavir şəhərində erməni Apostol kilsəsi (Kirov küçəsi 5/2) ərazisində nasist cəlladı Njdenin abidəsinin olması faktını şərh edən ekspert vurğulayıb:

"Əgər biz Hitlerlə iş birliyində olan, onu dəstəkləyən istənilən şəxs üçün abidələrdən danışırıqsa, nəinki İkinci Dünya Müharibəsi, məhz Böyük Vətən Müharibəsi zamanı sovet xalqını məhv etmək üçün vuruşanlara qarşı ortaq mövqe olmalıdır.

Böyük Vətən Müharibəsi dövründə Hitlerlə əməkdaşlıq edən, onunla iş birliyində olan insanlara Rusiya ərazisində xatirə lövhələri, abidələr qoyulmamaldır. Nə Njdeyə, nə də Krasova".

Eyni zamanda, Mirzayan əlavə edib ki, nasist ortağının abidəsini aradan qaldırmaq mümkün deyil: "Lövhəni güc yolu ilə sökmək mümkün deyil, çünki bu, böyük bir qalmaqala səbəb olacaq və Rusiya ilə Ermənistan ictimaiyyətinin bir hissəsi arasında onsuz da çətin münasibətləri kəskinləşdirəcək. Onu saxlamaq da mümkün deyil, çünki bu bir presedentdir: insanlar başlayacaqlar danışmağa ki, niyə Njdenin xatirə lövhəsi Rusiya ərazisində olmalıdır, Krasovun isə yox?".

Xatırladaq ki, "Vestnik Kavkaz" dövlət orqanlarına Armavirdə nasist cəlladı Njdenin abidəsinin götürülməsi üçün nə edilə biləcəyinə dair sorğu ünvanlanıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Alim