İnam Kərimov iki direktoru işdən çıxarıb

 İnam Kərimov iki direktoru işdən çıxarıb
  13 Noyabr 2019    Oxunub:3389
Kənd Təsərrüfatı Nazirliyinin iki DAİM direktoru işdən azad edilib.
Azvision.az -ın əldə etdiyi məlumata görə, Şəmkir və Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) direktorları işdən çıxarılıblar.

Nazir İnam Kərimovun müvafiq əmri ilə Şəmkir DAİM-in direktoru Kamil Yusibov və Tovuz DAİM-in direktoru Rəhman Qasımov nazirliyin fəaliyyət prinsiplərini kobudcasına pozduqlarına, fermerlərlə yaxınlıq, şəffaf və səmərəli idarəetmə prinsiplərinə əməl etmədiklərinə görə tutduqları vəzifədən uzaqlaşdırılıblar.

Kənd Təsərrüfatı Nazirliyindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət əvvəl Kürdəmir və İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları da işdən azad edilmişdi. Ötən ay Elşən Cəbrayılov Kürdəmir DAİM-in, Rövşən Yəhyayev isə İsmayıllı DAİM-in direktoru vəzifələrinə təyinat alıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: İnam-Kərimov  





Xəbər lenti