Şəmkirdə qəbiristanlıqdan oğurluq edilib

Şəmkirdə qəbiristanlıqdan oğurluq edilib
  13 Noyabr 2019    Oxunub:1384
Şəmkirdə qəbiristanlıqdan oğurluq olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 16-da rayon ərazisindəki qəbiristanlıqdakı məzarlardan birinin üzərinə quraşdırılmış güldanı oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri A.Əsədov, C.Xəlilov və Şəmkir rayon sakini N.Cəlilov saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların oktyabrın 28-də Dəllər-Cəyir kənd qəbiristanlığında daha bir məzarın kənarına quraşdırılmış 2 ədəd güldanı oğurlamaları da müəyyən edilib.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti